Bakıda avtobusun şüşəsini sındıran şəxs saxlanıldı

22:26 - 20 May 2025 - HADİSƏ

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Ucnoqta.az-a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 17-də baş verib.

Xəbər xətti