Dərəyə daş atan turist 2000 min cərimələndi - Video

00:15 - 21 May 2025 - HADİSƏ

İspaniyada turist dərəyə daş atdığı üçün 200 min avro cərimə ödəyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Metro” nəşri yerli polisə istinadən məlumat yayıb. Polisin məlumatına görə, bu, ətraf mühitə ziyan vurmaqdan gedir. Hadisə İspaniyanın şimalında, turistlərin ən çox gəldiyi yerlərdən biri olan Picos de Europa Milli Parkında baş verib.

Dostu hadisəni lentə alarkən bir kişi başından böyük olan daş götürərək qayadan atıb. Atılandan bir neçə saniyə sonra güclü zərbə eşidildi - daş dərənin dibinə çatdı. Videoda ispanca danışdığı üçün turist ispan kimi görünür.

Xəbər xətti