Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktorunun əmək müqaviləsinə xitam verilib
Ucnoqta.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 may 2025-ci il tarixli müvafiq əmrinə əsasən, müəssisənin direktoru Babayeva Taliə Akif qızının əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdiriləcək, aşkar ediləcək nöqsanlara görə isə aidiyyəti şəxslər barəsində müvafiq intizam tədbirləri görüləcəkdir.