AFFA iki klubu cərimələdi

13:30 - 21 May 2025 - İDMAN

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 35-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.

"Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilib.

Xəbər xətti