ABŞ-ın Yeni Orlean şəhərində polis yetkin oğlunun qalıqları ilə eyni evdə yaşayan qadınla bağlı araşdırmalara başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə WDSU məlumat yayıb.
Barbara Heynsvortun qonşuları onun mülkündəki zibil, gəmiricilər və həşəratlarla bağlı dəfələrlə şəhər rəsmilərinə şikayət ediblər.
Mayın əvvəlində onun giriş qapısının açıq olduğunu və toyuqların evin ətrafında qaçdığını görüb polisə müraciət ediblər.
Gələn polis Heynsvortun evində axtarış aparıb. İçəri toyuq çöpü ilə örtülmüşdü, siçanlar döşəmədə deşiklər çeynəmişdilər və hər otaqda milçəklər uçurdu.
Axtarış zamanı polis 272 kiloqramlıq kişinin mumiyası da tapıb. Heynsvort evdə olmayıb və sonra tutulub. O, sorğu-sual zamanı deyib ki, çürüyən şəxs onun 9 ay əvvəl dünyasını dəyişən oğludur. Qadının sözlərinə görə, o, çoxlu xəstəliklərdən əziyyət çəkirmiş.
Nola.com xəbər verir ki, Haynesvorta əqli gerilik diaqnozu qoyulub. O, əvvəllər həkim olub, lakin 10 il əvvəl lisenziyasını itirib.
Dəhşətli kəşfdən əvvəl qadın qonşulara narahatlıq yaratdığına görə altı min dollar (484 min rubl) cərimə olunub. İndiyədək Haynesvorta heç bir yeni cinayət ittihamı irəli sürülməyib. İstintaq davam edir.