Bitkoinin qiyməti 24 yanvar 2025-ci ildən bəri ilk dəfə ticarət zamanı 107.000 dollardan yuxarı qalxıb.
Ucnoqta.az xəbər verir ki, bunu Binance platformasının məlumatları göstərir.
Məlumata görə, Bitcoin 3,88% bahalaşıb və dəyəri 107,108 min dollar təşkil edib.
Daha sonrakı saatlarda kriptovalyutanın qiyməti azalmağa başladı və 102,935 min dollar (-0,87%) səviyyəsində ticarət edildi. Eyni zamanda, Ethereum kriptovalyutası 3,56% ucuzlaşaraq 2 415 min dollara düşüb.