Hindistanda baş verən yanğında ən azı 17 nəfər həlak olub

12:11 - 18 May 2025 - DÜNYA

Hindistanın cənubundakı Telanqana əyalətinin Haydarabad şəhərində baş verən yanğında qadın və uşaqlar da daxil olmaqla ən azı 17 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürə bilməyiblər.

"Yanğın bir ailəyə məxsus mirvari dükanında baş verib. Onların iqamətgahı mağazanın üstündəki mərtəbədə olub. Yanğın zamanı çoxlu insan ölüb. Bəziləri xəsarət alıb", - yerli hökumət rəsmisi Kişan Reddi bildirib.

Xəbər xətti