Ərəb ölkələri ABŞ-İran nüvə danışıqlarını alqışlayır

21:21 - 17 May 2025 - DÜNYA

Ərəb Dövlətləri Liqası (LAS) ölkələri Tehranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üçün ABŞ və İran arasında aparılan danışıqları dəstəkləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın Bağdad sammitinin yekunları üzrə qəbul edilən bəyannamədə deyilir.

İraq paytaxtında keçirilən sammitin iştirakçıları da Yaxın Şərqdə “nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad zona” yaradılmasının zəruriliyini təsdiqləyiblər. Bununla bağlı ərəb ölkələrinin liderləri “bütün maraqlı tərəfləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmağa” çağırıblar.

Xəbər xətti