Paytaxt yollarında tıxac var - SİYAHI

08:13 - 19 May 2025 - AVTO

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Belə ki, hal-hazırda yollardakı vəziyyət: 
 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 4. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
 5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 11. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 14. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 15. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti