Aİ səfirləri Avropa Komissiyasının təklif etdiyi 150 milyard avroluq Aİ-nin hərbiləşdirmə fondu ilə bağlı razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Agentlik qeyd edir ki, Aİ səfirləri 150 milyard avroluq Aİ təhlükəsizlik fondu yaratmaq üçün prinsipial razılığa gəliblər.
Təklif indi Aİ xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir və bu, onların mayın 20-də planlaşdırılan iclasında baş tuta bilər.