“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan şəxslərə hüquqi konsultasiya xidmətinin göstərilməsini nəzərdə tutan yeni layihənin icrasına başlayır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidmətləri” layihəsi Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının ərazisini əhatə edəcək.
Layihənin əsas məqsədi Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarında yaşayan müharibədən zərər çəkən və digər həssas aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlərə hüquqi konsultasiya xidməti göstəriləcək və məhkəmə sənədləri hazırlanacaq) şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərmək, məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərinin həll edərək sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək göstərməkdir.
Layihə 3 ay müddətində icra olunacaq. Layihə çərçivəsində ilkin olaraq region sakinləri hüquqi problemlərin həlli ilə bağlı maarifləndiriləcək. Ağcabədi, Goranboy, Xaçmaz və Qusar rayonlarının hər birindən ən azı 20 nəfər olmaqla, ümumilikdə 80 nəfərə hüquqi konsultasiya xidməti göstəriləcək. Həmçinin Azərbaycanın bütün ərazisindən daxil olan onlayn müraciətlər əsasında 40 nəfər onlayn hüquqi konsultasiya xidməti göstəriləcək. Onlayn müraciətlər e-mail ([email protected]) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul olunacaq.
Layihənin icra müddətində 5 nəfər aztəminatlı şəxsin məhkəmədə müdafiəsinin (Aztəminatlı şəxslərin hüquqlarının qorunması üçün məhkəmə sənədlərinin (İddia ərizəsi, apellyasiya və kassasiya şikayəti) hazırlanması) təşkil olunması ilə hüquqlarının qorunması həyata keçiriləcək.