İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 35 fələstinli həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərdən azı 8-i İsrail ordusunun Fələstin anklavının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi zərbənin qurbanı olub. 109 yaralının Qəzza zolağındakı xəstəxanalara aparıldığı da bildirilib.
Nazirlik İsrailin bölgədə döyüşləri bərpa etməsindən sonra 595-i uşaq olmaqla 2308 nəfərin öldürüldüyünü bildirib. Daha 5973 nəfər yaralanıb.
2023-cü ilin oktyabrında gərginləşən İsrail-Fələstin münaqişəsindən sonra ölənlərin sayı 52 400-ü keçib, 118 014 nəfər yaralanıb.
Qeyd edilir ki, meyitlərinin dağıntılar altında qaldığı ehtimal edilən bir neçə min nəfər itkin düşmüş hesab olunur.