ABŞ Ukraynada nizamlanma üçün 22 şərt təqdim edib - Kelloq

00:27 - 1 May 2025 - DÜNYA

Londonda Kiyev və Avropa ölkələrinin nümayəndələri ilə görüşdə ABŞ Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün 22 şərt irəli sürüb və onlar razılaşdırılıb. 

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

“Mən keçən həftə Londondan gəldim, orada Ukrayna komandası və avropalılarla görüşümüz oldu. Bizim 22 konkret şərtimiz var idi və onlar onlara razılıq verdilər”, o, “Fox News”a müsahibəsində bildirib.

Xəbər xətti