Ağcabədidə iki hərbçimiz həlak oldu

00:11 - 1 May 2025 - ÖLKƏ İÇİ

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb. 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub. 

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti