Yaponiyada avtomobil bir qrup məktəblini vurub

10:33 - 1 May 2025 - DÜNYA

Qərbi Osaka şəhərində avtomobil bir qrup məktəblini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası (NHK) məlumat yayıb.

Hadisə yerli ibtidai məktəbin yaxınlığındakı parklardan birində baş verib.
Ən azı yeddi uşaq xəsarət alıb - altısı huşunu itirib, digərinin vəziyyəti dəqiqləşdirilir.

Hadisə yerində polis işləyir və hadisənin başvermə şəraitini araşdırır.

Xəbər xətti