ABŞ prezidenti Donald Tramp Kəşmir bölgəsində baş verən atışmadan sonra Hindistanın baş naziri Narendra Modiyə zəng edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Randhir Caisval sosial şəbəkədə məlumat verib.
Diplomat qeyd edib ki, dialoq zamanı Ağ Ev rəhbəri terror aktı ilə bağlı başsağlığı verib.
"Prezident Tramp terror aktını qətiyyətlə pisləyib və Hindistana onun səylərində tam dəstəyini ifadə edib", - Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü yazıb.