Səidə Tağızadə direktor təyin edildi

14:25 - 30 Aprel 2025 - Mədəniyyət

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub.

Bu barədə Ucnoqta.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib.

Qeyd edək ki, o, 2016-cı ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

Xəbər xətti