Estoniya istəklilərin koalisiyası çərçivəsində sülhməramlı qüvvələrin tərkibində Ukraynaya bir bölük əsgər göndərməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bunu Baltik Respublikasının baş naziri Kristen Mixal deyib.
Məlumata görə, Tallinn yerüstü döyüş bölməsi, hərbi təlimatçılar və qərargah zabitləri təqdim etməklə töhfə verməyə hazırdır.
“Əlbəttə, bir bölməni göndərməzdən əvvəl biz Riiqikogudan mandat tələb edəcəyik”, - Mixal qeyd edib.