Milli Məclisin iclası təxirə salındı

16:41 - 14 Dekabr 2017 - Xəbər

Azərbaycan Milli Məclisinin dekabr ayında keçiriləcək iclaslarından biri təxirə salınıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, dekabrın 22-nə təyin edilən iclas təxirə düşüb. İclasın təxirə düşməsinin səbəbi məlum deyil.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 15-də, sonuncu plenar iclası isə dekabrın 29-da keçiriləcək.

Xəbər xətti