Estoniya Energetika və Ətraf Mühit Nazirliyi Ukraynanın enerji infrastrukturunun bərpası üçün 2 milyon avro ayıracaq.
Ucnoqta.az bildirir ki, bu barədə nazirliyin rəhbəri Andres Sutt məlumat verib.
"Estoniyanın Ukraynaya dəstəyi ardıcıl və uzunmüddətlidir. Bu gün Ukraynanın enerji sektoru yalnız iqtisadi sektor deyil, həm də yaşamaq məsələsidir.
Məlumata görə, Tallinin ayırdığı məbləğ Ukrayna enerji şirkətlərinin ehtiyat hissələrinin, generatorların və yanacağın alınması, eləcə də təcili təmir işləri daxil olmaqla təcili ehtiyaclarını ödəməyə kömək edəcək.