Gəncədə tanışı 15 yaşlı oğlanı bıçaqladı

11:18 - 23 Dekabr 2025 - ÖLKƏ İÇİ

Gəncə şəhərində yeniyetmə oğlan bıçaqlanıb.

Ucnoqta.az xəbər verir ki, şəhər sakini 2010-cu il təvəllüdlü Z.Əhmədzadə küçədə bud nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən tanışı A.Cəfərov saxlanılıb.

İlkin ehtimala görə, hadisə söyüşə görə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti