Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili xüsusilə külli miqdarda rüşvət aldığına görə həbs edilib.
Ucnoqta.az bildirir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin brifinqində məlumat verilib.
Qvarakidze bildirib ki, Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin birgə əməliyyat və istintaq tədbirləri nəticəsində Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili həbs edilib və istintaqımız altında olan bir neçə iş üzrə rüşvət almaqda ittiham olunur.
Baş prokuror qeyd edib ki, Liluaşvili bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur və bu, 11 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur.