Zaqatalada meyit tapılıb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Dağlı kəndində qeydə alınıb.
Kənd sakini, 62 yaşlı Cuma Cəmaləddin oğlu Novruzovun üzərində zorakılıq əlamətləri olmayan meyiti kəndin ərazisindəki meşəlik ərazidə aşkar edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.