Venesuela suverenliyini müdafiə etməyə hazırdır - Maduro

00:00 - 23 Dekabr 2025 - DÜNYA

Venesuela sülh arzusunu bir daha təsdiqləyir, lakin suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Latın Amerikası və Karib dənizi ölkələrinin dövlət başçılarına, eləcə də bütün BMT üzv dövlətlərinə ünvanladığı məktubda bildirilib.

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto "Venesuela sülh arzusunu bir daha təsdiqləyir, eyni zamanda qanuna uyğun olaraq suverenliyini, ərazi bütövlüyünü və resurslarını müdafiə etməyə hazır olduğunu tamamilə açıq şəkildə bildirir", - deyə Venesuela xarici işlər naziri İvan Gil Pinto "Venesuela de Televisión" televiziya kanalında mesajı oxuyub.

Dövlət başçısı bildirib ki, ABŞ beynəlxalq sularda təxminən 4 milyon barel Venesuela nefti daşıyan iki tankeri ələ keçirib və neft daşıyan tankerlərə qarşı tam dəniz blokadası elan edib. Maduro qeyd edib ki, bunlar tək-tək hadisələr deyil, "beynəlxalq hüquq və ABŞ Konstitusiyası çərçivəsindən kənarda hərbi güc tətbiq etmə təcrübəsidir".

Xəbər xətti