Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb

19:30 - 29 Noyabr 2017 - Xəbər

Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb.
 
Ucnoqta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən bildirir ki, noyabrın 27-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Ramal Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərviz Hüseynovu vurub.
 
Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb. 
 
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti