Tailand və Kamboca 24 dekabrda atəşkəsi müzakirə edəcəklər

12:36 - 22 Dekabr 2025 - DÜNYA

Tailand və Kamboca 24 dekabrda sərhəd münaqişəsi zonasında atəşkəs rejiminin tətbiqi ilə bağlı danışıqlara başlayacaqlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tailandın xarici işlər naziri Sixasak Phuangketkeu bildirib.

O, Tailandın Kamboca ilə atəşkəs rejiminin tətbiqi imkanlarını müzakirə etməyə hazır olduğunu bildirib. 

Danışıqlar artıq mövcud olan Birgə Sərhəd Komitəsi çərçivəsində keçiriləcək. Kamboca tərəfinin təklifinə uyğun olaraq, bu görüş 24 dekabra planlaşdırılıb.

Xəbər xətti