İdmançı 12 il müddətinə diskvalifikasiya edildi

16:15 - 21 Dekabr 2025 - İDMAN

Çinli tennisçi Pan Renlong danışılmış oyunlara görə 12 il müddətinə diskvalifikasiya edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Bütövlüyü Təşkilatının (ITIA) mətbuat xidməti məlumat verib.

25 yaşlı Pan Renlong həmçinin 110.000 dollar cərimə olunub.

Tennisçi iştirak etdiyi beş matçın danışılmış olduğunu etiraf edib. O, həmçinin digər tennisçilərə 17 dəfə rüşvət verməyə cəhd etdiyini etiraf edib.

Müvəqqəti diskvalifikasiya 7 noyabr 2024-cü il tarixindən etibarən qüvvəyə mindiyindən, Çinli idmançının diskvalifikasiyası 6 noyabr 2036-cı ildə başa çatacaq.

Xəbər xətti