Məşhur serialın aktyoru 46 yaşında öldü

01:32 - 22 Dekabr 2025 - Xəbər

"The Wire" televiziya serialında Ziqqi Sobotka rolu ilə tanınan amerikalı aktyor Ceyms Finli Ransone III ABŞ-da 46 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, TMZ bu barədə bazar günü məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, Los-Anceles polisi cümə günü, 19 dekabrda bir evə gəlib və polislər ölüm barədə məlumat veriblər. Heç bir zorakılıq əlaməti aşkar etməyiblər. Los-Anceles Şəhər Tibbi Ekspertiza İdarəsinin məlumatına görə, Ransone 19 dekabrda vəfat edib.

Xəbər xətti