Bakıda 33 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.
Dekabrın 19-u saat 11 radələrində 1992-ci il təvəllüdlü Binəli Hüseynov yaşadığı Mircəlal küçəsi ev 145 ünvanındakı 22 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar hadisə Sumqayıt şəhərində də baş verib. Belə ki, dekabrın 19-u saat 16 radələrində Abşeron rayon sakini 2008-ci il təvəllüdlü Fatimə Qurbanzadə 16-cı məhəllənin ərazisində yerləşən binanın 8-ci mərtəbəsindəki eyvandan yıxılıb. O da vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.///qafqazinfo