Bakıda qətlə yetirilmiş kişinin çürümüş meyiti tapılıb

19:15 - 29 Noyabr 2017 - Xəbər

Bakıda çürümüş meyit tapılıb.
 
Ucnoqta.az APA-nın məlumatına istinadən bildirir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində sinə nahiyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan, çürümüş kişi meyiti aşkar edilib.
 
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 2016-cı ildə itkin düşmüş kimi qeydiyyatda olan, Ağsu rayon sakini, 1978-ci il təvəllüdlü Mirəli Seyidrza oğlu Seyidov olması müəyyən edilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti