Noyabrın 29-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 193 min 50 ton məhsul təhvil verilib.
Bu isə, ötən ilin ümumi göstəricisindən 104,450 ton çoxdur.
Ucnoqta.az Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, ötən gün 899,68 ton pambıq tədarük edilib.
Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar noyabrın 29-dək 25 min 147 ton pambıq təhvil veriblər. Biləsuvarda 23632 ton, Bərdədə 20668 ton, Ağcabədidə 19118 ton və Sabirabadda 17081 ton pambıq tədarük olunub.
AZƏRTAC pambıq tədarükünə dair noyabrın 29-na olan operativ məlumatı təqdim edir.