İki təyyarə toqquşub, 5 nəfər ölüb - Alyaskada

10:58 - 1 Sentyabr 2016 - HADİSƏ

ABŞ-ın Alyaska ştatında iki yüngülmühərrikli təyyarənin toqquşması nəticəsində 5 nəfər həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
İnsident çərşənbə günü Bakı vaxtı ilə 23:00-da Vefil şəhərindən 100 km. aralıda baş verib.
Hadisə yerinə həkim və xilasedicilər cəlb olunub. Lakin təyyarələrin heyətində olan 5 nəfərin hamısı dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Xəbər xətti