Ucnoqta.az
www.ucnoqta.az

<b>İki təyyarə toqquşub, 5 nəfər ölüb<font color=red> - Alyaskada</font></b>

10:58 - 1 Sentyabr 2016 tarixində dərc olunub.

ABŞ-ın Alyaska ştatında iki yüngülmühərrikli təyyarənin toqquşması nəticəsində 5 nəfər həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
İnsident çərşənbə günü Bakı vaxtı ilə 23:00-da Vefil şəhərindən 100 km. aralıda baş verib.
Hadisə yerinə həkim və xilasedicilər cəlb olunub. Lakin təyyarələrin heyətində olan 5 nəfərin hamısı dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Müəllif: Ucnoqta.az