Filippində baş verən zəlzələdə bir nəfər ölüb

07:19 - 8 İyun 2026 - DÜNYA

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, ABS-CBN News bu barədə məlumat yayıb.

Yeraltı təkanlar General Santosda bir neçə binanın çökməsinə səbəb olub. "Bir çox binaya ziyan dəyib, amma hazırda neçə binanın olduğunu deyə bilmərəm; xilasetmə əməliyyatları ilə məşğuluq", - deyə stansiya yerli polis sözçüsündən sitat gətirib.

Xəbər xətti