İbtidai sinif şagirdlərinin biliyi yoxlanılır: Monitorinqdə yeni mərhələ

16:46 - 5 İyun 2026 - Cəmiyyət

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IV siniflərində təhsil alan 6587 nəfər şagird 32 mərkəzdə monitorinqə cəlb olunub.

Ucnoqta.az xəbər verir ki, monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar da daxil edilib.


Xəbər xətti