Pakistan təhlükəsizlik qüvvələri son üç gün ərzində şimal-qərbdəki Xayber Paxtunxva əyalətində 27 yaraqlını zərərsizləşdirib .
Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan silahlı qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr şöbəsi (ISPR) məlumat verib.
Şimali Vəziristan bölgəsində qadağan olunmuş Fitnə əl-Xəvaric qrupuna (əvvəllər Tehrik-e-Taliban Pakistan və ya Pakistan Taliban Hərəkatı kimi tanınırdı) qarşı bir sıra antiterror əməliyyatları keçirilib. Öldürülən terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə hücumlarda iştirak ediblər. Onlardan silah və sursat tapılıb.