Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, ABS-CBN News bu barədə məlumat yayıb.
Yeraltı təkanlar General Santosda bir neçə binanın çökməsinə səbəb olub. "Bir çox binaya ziyan dəyib, amma hazırda neçə binanın olduğunu deyə bilmərəm; xilasetmə əməliyyatları ilə məşğuluq", - deyə stansiya yerli polis sözçüsündən sitat gətirib.