Mertsin fəaliyyətindən narazılıq rekord həddə artıb - Bild

17:32 - 6 İyun 2026 - DÜNYA

Almaniya kansleri Fridrix Mertsin fəaliyyətindən almanlar arasında narazılıq səviyyəsi rekord həddə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu, INSA sosioloji institutu tərəfindən Bild qəzeti üçün aparılan sorğunun nəticələrinə əsasəndir.

Respondentlərin yalnız 15%-i Mertsin fəaliyyətini müsbət qiymətləndirib - rekord səviyyədə aşağı.

Aprel ayının sonu ilə müqayisədə bu rəqəm 4 faiz bəndi azalıb. Bu arada, 77%-i (6 faiz bəndi artaraq) kanslerdən narazıdır. Digər 8%-i isə qərarsız qalıb.

Respondentlərin yalnız 16%-i Merts hökumətinin fəaliyyətindən razıdır, 78%-i isə mənfi fikirdədir.

Sorğuda 1005 nəfər iştirak edib və 4-5 iyun tarixlərində aparılıb.

Xəbər xətti