Kəlbəcərdə hərbçimiz həlak oldu - FOTO

14:28 - 6 İyun 2026 - Xəbər

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Ucnoqta.az "Oxu.az"a istinadən xəbər verir ki, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib. 

Onun ailəli olduğu bildirilir, övladı olmayıb.

Xəbər xətti