Xəbər verdiyimiz kimi, Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov da vəzifəsindən azad olunub.Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.
Ucnoqta.az xəbər verir ki, Azər Əhmədovun vəzifədən azad olunması birmənalı qarşılanmayıb. Sosial şəbəkədə bu geniş müzakirələrə səbəb olub.
Azər Əhmədov sosial media hesabında açıqlama verib:
"Dəyərli dostlar, məsləkdaşlar!
Dünən etibarilə Respublika Pediatriya Mərkəzinin Direktoru vəzifəsindən ayrıldım. Vəzifə Dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız, hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik.
Daha nə olsun..
Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim.
Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilədə görünməyən qəhrəmanlar olar komandaya təşəkkür edirəm.
Allah körpələrimizi qorusun!"