Pensiyalar sabah veriləcək

11:22 - 13 May 2026 - Cəmiyyət

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, pensiyalar mayın 14-də vətəndaşların bank kartlarına köçürüləcək. 
Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Xəbər xətti