İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarələri Beyrut-Səidə magistral yolunda üç nəqliyyat vasitəsinə hücum edərək səkkiz nəfərin ölümünə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Zərbələr Livan paytaxtından 25 kilometr cənubda yerləşən Ciya şəhəri yaxınlığında iki nəqliyyat vasitəsini hədəfə alıb. Daha sonra Saadiyat şəhərində başqa bir nəqliyyat vasitəsinə raket atılıb.
Həlak olan səkkiz nəfərin "Hizbullah" üzvləri olduğu ehtimal edilir.
Daha əvvəl dörd nəfərin öldüyü bildirilirdi.