Okeana düşən təyyarənin 11 sərnişini xilas edilib

10:07 - 13 May 2026 - DÜNYA

Baham adaları yaxınlığında kiçik bir təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər xilas edildi.

Ucnoqta.az xəbər verir ki, NBC News bu barədə məlumat yayıb.

Kanalın məlumatına görə, 11 nəfəri daşıyan "Beechcraft BE30" təyyarəsi 12 mayda Baham adaları arasında uçurmuş. Havaya qalxdıqdan sonra pilot nasazlıq barədə məlumat verib. Təyyarə Florida sahillərindən təxminən 80 km məsafədə okeana düşüb.

ABŞ Sahil Mühafizəsinin təyyarəsi və gəmiləri, Baham adalarından olan xilasedicilərlə birlikdə sərnişinlərin axtarışı və xilas edilməsi üçün göndərilib. Onlar qəza yerini tez bir zamanda tapıb sərnişinləri çıxara biliblər. Xilas edilən insanlar müayinə üçün Florida xəstəxanalarına aparılıblar.

Təyyarə qəzasının səbəbi araşdırılır.

Xəbər xətti