Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yeni səlahiyyət verilib

17:28 - 12 May 2026 - Cəmiyyət

Nazirlər Kabineti "Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası"nda dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin qeydiyyatını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aparacaq.

Xəbər xətti