ABŞ Dövlət Departamenti artan təhlükəsizlik təhdidləri səbəbindən dünya üzrə vətəndaşları, xüsusən də Yaxın Şərqdə ehtiyatlı olmağa çağırdı.
Ucnoqta.az xəbər verir ki, müvafiq xəbərdarlıq departamentin veb saytında yerləşdirilib.
Müraciətdə bildirilir ki, Dövlət Departamenti dünya üzrə, xüsusən də Yaxın Şərqdə amerikalıları daha ehtiyatlı olmağa çağırır. Onlar ABŞ səfirlikləri və konsulluqları tərəfindən verilən təhlükəsizlik xəbərdarlıqlarındakı təlimatlara əməl etməlidirlər.
Departament qeyd edib ki, Yaxın Şərqdən kənarda da daxil olmaqla, bir neçə ABŞ diplomatik nümayəndəliyinə artıq hücum edilib.
Dövlət Departamenti qeyd edir ki, ABŞ maraqlarını təmsil edən digər qurumlar da hədəfə alına bilər.