İranın kəşfiyyat naziri dəqiq hava zərbəsi ilə öldürülüb

15:11 - 18 Mart 2026 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (İMQ) İranın Kəşfiyyat Naziri Esmail Xətibin 18 mart gecəsi Tehranda İsrail Hərbi Hava Qüvvələrinin hədəf hava hücumunda öldürüldüyünü bildirib.

Ucnoqta.az xəbər verir ki, İMQ mətbuat xidməti bu barədə açıqlamasında bildirilib.
Qeyd olunur ki, çərşənbə axşamı İsrail Hərbi Hava Qüvvələri İMQ kəşfiyyatına əsaslanaraq Tehrana hədəf hava hücumunda Kəşfiyyat Naziri Esmail Xətibi öldürüb.

Nazirlik qeyd edib ki, İran Kəşfiyyat Nazirliyi inkişaf etmiş kəşfiyyat imkanlarına malikdir və dünya miqyasında, xüsusən də İsrail Dövlətinə qarşı müşahidə, casusluq və gizli əməliyyatlar aparır.

Xəbər xətti