Hacıqabulda 7 kiloqram narkotik vasitə aşkarlanıb

10:32 - 5 Fevral 2026 - HADİSƏ

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 68 yaşlı Rüstəm Quluzadə saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, ondan ümumi çəkisi 7 kiloqrama yaxın olan narkotik vasitə həşiş, heroin və marixuana aşkarlanıb. R.Quluzadə şəxsiyyəti istintaqla araşdırılan əcnəbi vətəndaş tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Gəncə şəhərinə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti