Parlament hökumətə etimadsızlıq təklifini rədd etdi

22:27 - 27 Yanvar 2026 - DÜNYA

Milli Assambleyanın (parlamentin aşağı palatası) üzvləri Baş nazir Sebastyan Lekornunun rəhbərlik etdiyi hökumətə qarşı etimadsızlıq təklifini rədd ediblər.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu səsvermənin nəticələrinə əsasən təklif rədd edilib.

267 üzv etimadsızlıq təklifini dəstəkləyib. Qətnamənin qəbul edilməsi üçün 577 səsdən 289-nun mütləq əksəriyyəti tələb olunurdu.

Qətnamə, Lekornunun Konstitusiyanın 49-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq, parlament səsverməsi olmadan hökumətin məsuliyyəti altında ölkənin dövlət büdcəsi qanununun üçüncü və son hissəsini qəbul etməsindən sonra solçu "Fransa Tabesiz" partiyası tərəfindən təqdim edilib.

Xəbər xətti