Parlament iclasına gəlməyən müxalifətçi azadlığa buraxıldı

10:58 - 26 Yanvar 2026 - DÜNYA

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat partiyasından olan keçmiş parlament üzvü Givi Tarqamadze yeddi ay həbsdən sonra azadlığa buraxılıb.

Ucnoqta.az xəbər verir ki, Tarqamadzenin azadlığa buraxılmasının görüntüləri yerli televiziya kanallarında canlı yayımlanıb.

İyun ayında Tbilisi Şəhər Məhkəməsi Tarqamadzeni Saakaşvilinin hakimiyyəti dövründə (2004-2012) cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlmədiyinə görə yeddi ay həbs cəzasına məhkum etmişdi.

Xəbər xətti