Hindistanın aşağı büdcəli aviaşirkəti IndiGo İran ətrafındakı vəziyyətə görə 28 yanvar tarixinə qədər Tbilisi, Almatı, Daşkənd və Bakıya uçuşları ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında deyilir.
Şirkət qeyd edib ki, Tbilisi, Almatı, Daşkənd və Bakıya uçuşlar İran hava məkanından keçir və mövcud vəziyyətə görə aviaşirkət bu ərazidən yayınır.
Hindistandan bu şəhərlərə uçuşlar adətən altı-yeddi saat çəkir. Aviaşirkət daha uzun alternativ marşrutlar üçün uçuş məsafəsi və yanacaq tutumuna malik olmayan A320neo təyyarələrindən istifadə edir.